Fransada bu iki bayram ləğv edilə bilər

09:29 16.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Fransa 2026-cı ildə büdcə kəsirini azaltmaq üçün varlı vətəndaşlar üçün vergiləri artıracaq".

Hafta.az xəbər verir ki, bunu Fransanın Baş naziri Fransua Bayru deyib. O bu çərçivədə iki bayram gününü iş günü etməyi də təklif edib:

"Məsələn, Pasxa Bazar ertəsi bayramını və 8 May Qələbə Gününü ləğv etməyi təklif edirəm. Onların ləğvi xəzinəyə milyardlarla avro gətirəcək". /"RİA Novosti"/