Yazını böyüt
Yazını kiçilt
Fransanın bir sıra regionlarında bir neçə şirkətin neft emalı zavodlarında tətillər davam edir. Nümayişçilər pensiya yaşının artırılmasının əleyhinədirlər. Bu barədə yerli “Echos” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, "TotalEnergies" neft şirkəti Flandriyadakı anbarda 100% tətil elan edib.
Bundan əlavə, Normandiyanın ən böyük neft emalı zavodunda işçilərin 80%-i tətildə iştirak etdiklərini bildiriblər. La Med biorefineri zavodunun işçilərinin daha 60%-i də tətilə çıxıb. Donges neft emalı zavodunda işçi qüvvəsinin 50%-i tətilə çıxıb, Grandpuits neft zavodunda çalışanların 30%-i də tətil edib.