Fransada yanğın nəticəsində üç nəfər həlak olub

14:15 17.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın Marsel şəhərində mənzildə baş verən yanğın nəticəsində üç nəfər həlak olub.

Hafta.az xəbər verir ki, yanğın səhər tezdən başlayıb. Doqquzuncu mərtəbədə yerləşən mənzildən yerə tullanan üç nəfər ölüb. Onlardan biri yerə əlində tutduğu körpə ilə birlikdə tullanıb, uşaq sağ qalıb.

Radiostansiyanın məlumatına görə, hadisə zamanı daha 13 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ciddidir.