Fransada yaşayıb yaradan rumın heykəltəraş

14:32 19.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünya şöhrətli rumın heykəltəraş Konstantin Brankuzinin anadan olmasının 144 illiyini qeyd edilir. Hazırda əl işləri Nyu York, Paris və Buxarest muzeylərində sərgilənən, müasir heykəltəraşlığın banilərindən olan Brankuzi 19 fevral 1876-cı ildə Rumıniyanın Karpat bölgəsində yerləşən kiçik Pestani kəndində doğulub. Çox kasıb olan ailəsi maddi sıxıntılar yaşadığından, Konstantin hlə 9 yaşı olanda, Rumıniyanın başqa bir şəhərində - Krayovaya gəlir və burada yerli sənət məktəbinə gedir. Amma bununla kifayətlənmir, 18 yaşında paytaxt Buxarestə gedərək klassik ali sənət təhsili verən, Buxarest İncəsənət Məktəbinə daxil olur.

Brankuzinin 27 yaşı olanda – 1903-cü ildə öncə Münhenə, sonra isə Parisə gedərək Antonin Merkie emalatxanasında işləməyə başlayır. Tam iki il burda qalır, sonra Auguste Rodinin emalatxanasında assistant işinə davam edir. Amma burada da cəmi iki ay qaldıqdan sonra "Böyük ağacların altında heç bir şey böyüyə bilməz" deyərək işindən istefa verir.

Brankuzi özünün müasir heykəltəraşlıq emalatxanasını açır və orada özünəməxsus tərz yaradır. Ona sifariş edilən ilk heykəl məzar üstünə qoyulacaq “Dua” heykəli olur.

Konstantin Brankuzi 1957-ci il martın 16-da Parisdə 81 yaşında vəfat edib.. Parisin "Montparnasse” məzarlığında dəfn olunub. Hansı ki, məhz həmin məzarlıqda dəfn olunmuş bir neçə sənət dostunun qəbirüstü üçün hazırladığı heykəlləri də mövcuddur. Bunlardan ən məşhuru "Le Baiser” – “Öpüş" heykəlidir. O, ümumiyyıtlı, ölümündən sonra bəşəriyyətimiz üçün 215 heykəl və 1200 əsər fotosu qoyub.

Təəssüf ki, bir vaxtlar Rumıniyanın kommunist hakimiyyəti tərəfindən rədd edilən Brankuzinin Parisdəki emalatxanasındakı kolleksiya öz xalqına deyil, Fransa dövlətinə miras qalıb. Brankuzinin Parisdəki Pompidou Mərkəzi yaxınlığında yerləşən emalatxanası isə yenidən qurularaq muzey kimi istifadəyə verilib.