G7 və BRICS İqtisadiyyatının müqayisəsi

09:30 14.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın dollara alternativ valyuta yaratdıqları təqdirdə BRİCS dövlətlərinə əlavə vergilərin tətbiq ediləcəyinə dair bəyanatından sonra bu iki qütb arasında iqtisadi gücün müqayisəsinə dair maraqlı araşdırma aparılıb.

Hafta.az-ın yazdığına görə, Strategic Partners Magazine-in hazırladığı müqayisəli təhlilə əsasən G7 və BRİCS ölkələrinin iqtisadi gücünü göstərən cədvəl tərtib olunub. Həmin cədvəlləri təqdim edirik:

G7 ölkələrinin ümumi ÜDM həcmi 51,45 trilyon dollardır.

7. Kanada 2,3 trilyon dollar, 6. İtaliya 2,5 trilyon dollar, 5. Fransa 3,3 trilyon dollar, 4. Böyük Britaniya 3,7 trilyon dollar, 3. Yaponiya 4,4 trilyon dollar, 2. Almaniya 4,9 trilyon dollar, 1. ABŞ 30,3 trilyon dollar.

BRICS ölkələri ümumi ÜDM həcmi 31,6 trilyon dollardır.

10. Efiopiya 150 milyard dollar, 9. İran 350 milyard dollar, 8. Misir 360 milyard dolar, 7. CAR 420 milyard dollar, 6. BƏƏ 550 milyard dollar, 5. İndoneziya 1,5 trilyon dollar, 4. Rusiya 2,1 trilyon dollar, 3. Braziliya 2,3 trilyon dollar, 2. Hindistan 4,3 trilyon dollar, 1. Çin 19,5 trilyon dollar.

G7 hələ də qlobal iqtisadiyyata rəhbərlik etdiyi halda, BRİCS sürətlə yetişir. Bu arada Çin və Hindistanın artım sürəti BRİCS-in gələcək potensialını yüksəldir.

G7-də iqtisadi üstünlük:

G7 ölkələrinin 51,45 trilyon dollarlıq ümumi ÜDM-i BRİCS-in 31,86 trilyon dollarlıq ümumi ÜDM ilə müqayisədə əhəmiyyətli fərqi təmsil edir. Təkcə ABŞ 30,3 trilyon dollarlıq iqtisadiyyatı ilə G7 daxilində ən böyük gücdür və ümumi G7 iqtisadiyyatının 59 faizini təşkil edir və təxminən BRİCS-in toplam iqtisadiyyatı qədər böyükdür.

BRİCS yüksəlişdədir:

BRICS xüsusilə Çin və Hindistanın yüksək artım sürəti sayəsində qlobal iqtisadiyyatda əhəmiyyətli yer qazanmağa davam edir. 19,5 trilyon dollarlıq iqtisadiyyatı olan Çin BRİCS-ə liderlik edir və demək olar ki, BRİCS ölkələrinin toplamından daha böyükdür.

Yeni üzvlərin BRİCS-ə təsiri:

İran, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Efiopiya kimi ölkələr son illərdə BRİCS-ə qoşulub. Bu yeni üzvlərlə BRICS-in ümumi iqtisadi gücü artmaqda davam edir.