Gələn il Azərbaycanda ÜDM 4,5 faiz artacaq - Dünya Bankı

10:14 06.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir.

Bu barədə Dünya Bankının (WB) yaydığı məlumatda deyilir.

"COVID-19" peyvəndinin buraxılması üçün ilkin səylərin il ərzində geniş miqyas alması şərti ilə, 2021-ci ildə dünya iqtisadiyyatının 4 faiz artacağı gözlənilir" - sənəddə deyilir.

Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.

Həmçinin qeyd olunur ki, azad edilmiş ərazilərə sərmayə qoyuluşu da iqtisadiyyatın inkişafına gətirib çıxaracaq.