Gənc cüdoçularımız 1/4 finalda mübarizə aparacaqlar

20:14 07.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının sonuncu yarış günündə qarışıq komandalar mübarizə aparacaq.

Yarışda Azərbaycan komandası da çıxış edəcək.

Millimiz 1/4 final mərhələsindən mübarizəyə qoşulacaq və Yunanıstan-İsveçrə duelinin qalibi ilə qarşılaşacaq.

Qarışıq komandalar üzrə görüşlər 6 çəki dərəcəsində (oğlanlar: 73 kq, 90 kq, +90 kq; qızlar: 57 kq, 70 kq, +70 kq) keçiriləcək. Ümumilikdə 13 yığma komanda (132 cüdoçu) mübarizəyə qatılacaq.