Gənc qızı maşın vurub ayaqlarını sındırdı

09:38 25.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

“Nəsimi” metrostansiyasının yaxınlığında 2001-ci il təvəllüdlü Məmmədova Sara Qəzənfər qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.