Gəncə sakinindən tapança götürüldü

19:00 06.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə əvvəllər məhkum olunmuş şəxsdən tapança götürülüb.

Hafta.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri BPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.