Gəncədə avtomobilin vurduğu piyada ölüb

20:36 03.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə piyada qadını avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, şəhər sakini N.Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanan həmyerlisi T.Orucovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.