Gəncədə beton hasara çırpılan avtomobil yanıb

10:12 23.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

2005-ci il təvəllüdlü E.Paşayevin idarə etdiyi “Changan” markalı avtomobil idarəetməni itirərək beton hasara çırpılıb.

Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.