Gəncədə yabanı çətənə kolları məhv edilib

11:10 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gəncə çayının sol sahilində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan hafta.az-a verilən məlumata görə, ümumi çəkisi 1306 kiloqramdan artıq olan, 40201 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.