“Gladiator 2”nin rejissoru filmlə bağlı yeni detallar paylaşıb

10:30 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur rejissor Ridli Skott “Qladiator 2” filminin təfərrüatlarını paylaşıb.

Hafta.az-ın “Collider”ə istinadən yazdığına görə, Skottun "Ən yaxşı film" Oskarlı "Qladiator" filminin davamı Russell Krovenin canlandırdığı “Maksimus” və Xoakin Feniksin "Commodus" filmi arasındakı münaqişədən illər sonra baş verəcək.

22 noyabr 2024-cü ildə nümayişi planlaşdırılan filmdə Pol Meskal, Denzel Vaşinqton, Pedro Paskal, May Kalamavi və Cimon Hounsou kimi adlar çəkilib.

Pol Meskal ilk filmdə Lucilla obrazını canlandıran Connie Nielsenin oğlu Lusius rolunu oynayır. Commodusun da qardaşı oğlu olan Lusius, səhrada azmış və anası ilə əlaqəni itirmiş bir personaj kimi görünəcək.

“Rotten Tomatoes”a danışan Skott, Lusiusun hekayəsi ilə bağlı ipuçlarını verərək, personajın sonuncu dəfə göründüyü yaşın 12 olduğunu və daha sonra 15 il vəhşi təbiətdə qaldığını söyləyib.

85 yaşlı rejissor Lusiusun anası ilə əlaqəni kəsdiyini və onun ölə biləcəyini düşündüyünü bildirib.

"Qladiator" filmi 103 milyon dollarlıq büdcə ilə kassada 500 milyon dollardan çox gəlir əldə edib.

“Normal People” və “Aftersun” filmlərində rol alan 27 yaşlı irlandiyalı aktyor Meskal “Qladiator 2” filmində indiyədək ən böyük roluna hazırlaşır. Meskal “Günəşdən sonra” filmindəki performansına görə 2022-ci ildə “Ən Yaxşı Aktyor” nominasiyasında Oskara namizəd olub.

Oktyabr ayında Böyük Britaniyada nəşr olunan aylıq kino jurnalı “Total Film”ə danışan Skott Meskalı necə seçdiyini izah edib. Onu ilk dəfə 2020-ci il İrlandiyanın "Normal İnsanlar" mini serialına baxarkən gördüyünü ifadə edən Skott, bir neçə bölüm izlədikdən sonra onun haqqında qərar verdiyini bildirib.

Oxunma sayı 303