Gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatları aşkarlanıb

20:06 13.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili saxlanılıb. Yoxlama zamanı yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, 585 əyarlı qızıldan hazırlanan, ümumi çəkisi 222 qram olan zərgərlik məmulatları - 3 ədəd sancaq, 6 ədəd klon, 7 ədəd üzük, 15 cüt sırğa, 7 ədəd boyunbağı və 26 ədəd qolbaq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.