Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar

14:48 25.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı şübhəli hərəkətlərinə görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun ayaqqabısının altından 1 ədəd bağlamada ümumi çəkisi 18 qram olan narkotik vasitə - heroin, 2 ədəd bağlamada isə 126 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.