Goranboyda qadın intihara cəhd edib

10:31 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda intihara cəhd hadisəsi baş verib.

Hafta.az-ın apa-ya istinadən məlumatına görə, hadisə rayonun Meşəli kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü T.Nəcəfova yaşadığı evdə özünü asıb.

Qadın asılmış vəziyyətdə yaxınları tərəfidən tapılıb.

30 yaşlı qadın ağır vəziyyətdə dərhal xəstəxanaya yerləşdirilib,həkimlərin müdaxiləsindən sonra onun həyatını xisal etmək mümkün olub.

Onun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.