Göygöldə 3 tondan çox çətənə kolu məhv edildi

10:43 01.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Çaykənd kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Məlumata görə, ümumi çəkisi 3 125 kiloqram olan, 9 773 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.