Gülablıda başlayan yanğın Xocavəndin ərazisinə keçib

13:45 25.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonu Gülablı kəndi ərazisində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib.

Hafta.az xəbər verir ki, ötən gün Gülablı kəndində başlayan yanğın geniş yayılaraq Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.