Yazını böyüt
Yazını kiçilt
Güney Azərbaycan Vətəndaş Vəziyyətinin Qeydiyyatı İdarəsi uşağa “Ələz” adlı şəxsiyyət vəsiqəsi verib.
Hafta.az-ın yazdığına görə, məsələ ilə bağlı danışan Fərhad Nəcəfi, ötən ilin iyun ayında dünyaya gələn oğullarına istədikləri adı verə bilmədiklərini və bir ildir bununla mübarizə apardıqlarını açıqladı. Nəcəfi "Oğluma Elaz adlı şəxsiyyət vəsiqəsi verilməyib. Səbəb kimi adının İran adları siyahısında olmadığını göstərdilər. Ona görə də məhkəməyə müraciət etdim və uzun bir prosesdən sonra oğluma alov və canlı od mənasını verən Elaz adlı şəxsiyyət vəsiqəsi ala bildim" deyib.
İran rejimi Güney Azərbaycanda türk kimliyini tanımır və guya yaradılmış adlar siyahısı vasitəsilə uşaqlara konkret adların verilməsini diqtə edir.