Gürcüstanın aparıcı gaxa.ge, interpress.ge, 24news.ge, aktual.ge informasiya portalları Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında söylədiyi fikirlərə geniş yer veriblər.
Gaxa.ge informasiya portal AZƏRTAC-a istinadla Azərbaycan Prezidentinin çıxışının tam mətnini oxucuların diqqətinə çatdırıb.
Digər portallar dövlətimizin başçısının çıxışından materiallar hazırlayaraq oxuculara və dinləyicilərə təqdim ediblər.
Materiallarda Prezident İlham Əliyevin müharibənin başa çatması, Vətən müharibəsində Azərbaycanın Qələbəsindən sonra regionda yaranmış vəziyyət, qarşıda duran çağırışlar və regional inkişafın perspektivləri barədə, eləcə də sabitlik istəməyən, pozucu və təxribatçı qüvvələrə qarşı söylədiyi fikriləri əksini tapıb.
Bildirilir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib.