Gürcüstan Prezidenti 34 məhkumu əfv edib

15:45 28.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə qeyd olunan “Mariamoba” bayramı münasibətilə 34 məhkumu əfv edib.

Əfv olunanlardan 8-i qadın, 1-i isə yeniyetmədir.

Prezident Administrasiyası rəhbərinin müavininin vəzifələrini icra edən Angi Xutsişvili mətbuata bildirib ki, Salome Zurabişvili prezident seçildikdən sonra artıq 91 nəfərin əfv olunması ilə bağlı fərmanlar imzalayıb. “Bu proses davamlı olacaq və ölkə başçısı gələcəkdə də belə fərmanlar imzalayacaq”, – deyə A.Xutşişvili vurğulayıb.