“Haqq cəbhəsini nəyin bahasına olursa olsun müdafiə edəcəyik” – İran səfiri

10:50 14.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Livandakı səfiri Əli Hicazi bu ölkənin Ərəb Sosialist Partiyasının (BƏƏS) rəhbər və xalq nümayəndə heyəti ilə görüşündə bildirib ki, Tehran haqq cəbhəsini bütün qüvvəsi ilə müdafiə edəcək.

Hafta.az-ın yazdığına görə, Əli Hicazi deyib: “Bütün Livan vilayətlərini təmsil edən partiya nümayəndələri ilə birlikdə səfirə, İranın sionist rejimin təcavüzlərinə qarşı qələbə qazanması münasibətilə təbrikimizi çatdırdıq və bu mübarizədə şəhid olan komandirlərin şəhadəti münasibətilə başsağlığı veririk”.

O əlavə edib ki, öz mövqelərindən çıxış edərək daim İranın yanında olublar. “İran, xüsusilə İsrailin ümmətimizə qarşı təcavüzlərinə qarşı mübarizədə haqq işimizi daim dəstəkləyib. Biz haqqı müdafiə edən hər kəsin yanında olacağıq və heç kəs İranın son illər göstərdiyi davamlı, sabit və səmimi dəstəyinə şübhə edə bilməz. İnşallah, bu dəstək gələcək mərhələlərdə də davam edəcək”,- o deyib.