Hava limanının yaxınlığında yaşayan uşaqlar üçün TƏHLÜKƏ

13:04 10.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kolorado Universitetinin alimləri qurğuşunlu yanacaq istifadə edən kiçik təyyarələr üçün hava limanlarının yaxınlığında yaşayan uşaqların qanında qurğuşun səviyyəsinin yüksəldiyini aşkar ediblər. Araşdırmanın nəticələri PNAS Nexus jurnalında dərc olunub.

Əvvəllər mühərrikin işini yaxşılaşdırmaq üçün avtomobil yanacağına qurğuşun əlavə edilirdi. Daha sonra alimlər aşkar etdilər ki, qurğuşun insan sağlamlığına zərərli təsir göstərir, o cümlədən beyin hüceyrələrini öldürür və gənc uşaqlar xüsusilə həssasdır.

Nəticədə qurğuşun əksər avtomobil yanacaqlarından tədricən çıxarılıb. Bununla belə, bəzi ölkələr hələ də kiçik təyyarələrin qurğuşunlu yanacaqdan istifadə etməyə davam etməsinə icazə verir.
Tədqiqatçılar 2011-2020-ci illər arasında Kaliforniyanın Santa Clara qraflığında Reid Hillview hava limanından 2,4 kilometr məsafədə yaşayan altı yaşdan kiçik uşaqlardan 14 mindən çox qan nümunəsini tədqiq ediblər. Nümunələr Kaliforniya Xalq Sağlamlığı Departamenti tərəfindən götürülüb.

Tədqiqatçılar müəyyən ediblər ki, uşaqlar hava limanına nə qədər yaxın yaşayırlarsa, onların qanında qurğuşun səviyyəsi bir desilitrdə 4,5 mikroqramdan yuxarı olur. Bu səviyyə artıq bir çox ölkələrdə təhlükəli sayılır.