Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib

10:10 29.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib və o, müalicə müəssisəsinə yerləşdirilib.

 

Hafta.az xəbər verir ki, bu barədə generalın vəkili Rəşad Mirmehdizadə məlumat yayıb.

 

O bildirib ki, N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

 

Vəkilin sözlərinə görə, general-mayorun ürəyində problem yaranıb və həkim nəzarətindədir.

 

R.Mirmehdizadə vurğulayıb ki, ki, hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir, iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib.

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor N.Məmmədov DTX tərəfindən saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. N.Məmmədov 80 milyon manat mənimsəməkdə təqsirləndirilir.

Oxunma sayı 872