Yazını böyüt
Yazını kiçilt
Fransanın cənub-şərqindəki həbsxanadan 20 yaşlı məhbus cəzasını çəkdikdən sonra sərbəst buraxılan kamera yoldaşının içərisində əşyaları olan çantasında gizlənərək qaça bilib.
Fransanın BFMTV kanalının xəbərinə görə, qaçış hadisəsi iyulun 12-də Korba həbsxanasının rəhbərliyi tərəfindən aşkar edilib.
Fransız gənc insan alveri və oğurluq da daxil olmaqla bir neçə cinayətə görə cəza çəkib və həmçinin mütəşəkkil cinayətkarlıqla əlaqəyə görə istintaq altında olub.
Hadisə ilə bağlı Penitensiar Müəssisə daxili araşdırmalara başlayıb. Onun rəhbəri Sebastien Kovelin BFMTV-yə verdiyi məlumata görə, bu, çox nadir haldır və bir sıra ciddi pozuntuların olduğunu göstərir. Onun sözlərinə görə, bu pozuntular səhvlərin toplanmasının nəticəsidir.