Həmas əvvəlcə məktəblərə hücum etməyi planlaşdırırdı

10:20 14.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

HƏMAS “mümkün qədər çox insanı öldürmək” və girov götürmək məqsədi ilə İsrailin Kfar Saad kibbutzunda məktəblərə və gənclər mərkəzinə hücum etmək planı hazırlayıb.

APA-nın məlumatına görə, bu barədə NBC News telekanalı İsrailin ilk müdaxiləsi nəticəsində ölən HƏMAS döyüşçülərinin üzərində tapılan sənədlərə istinadən məlumat yayıb.

Jurnalistlər iddia edirlər ki, “Həmas” “mümkün qədər çox insanı” öldürmək, girov götürmək və tezliklə Qəzza zolağına aparmaq üçün ibtidai məktəblərə və gənclər mərkəzinə hücum etmək üçün ətraflı planlar hazırlayıb.