Hərbçilərin cəsədləri Ankaraya APARILIR

20:47 13.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə hərbçilərinin cəsədi olan təyyarə Tbilisidən Ankaraya yola düşüb.

Hafta.az xəbər verir ki, bu barədə  Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi noyabrın 13-də Tbilisidən Ankaraya yola düşüb.

Ankarada şəhidlərlə rəsmi vida mərasimi, daha sonra isə onların dəfn mərasimi keçiriləcək.