Hərbçimiz Mingəçevir su anbarında boğulub

21:23 13.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.

Müdafiə Nazirliyindən hafta.az-a bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.