Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib - FOTO

13:45 15.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.