Heydər Əliyev prospektində hərəkət qismən bərpa olunub - FOTO-YENİLƏNİB

11:39 19.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev prospektində qəza baş verən hissədə yük avtomobili  kənara çəkilib.

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Hərəkət qismən bərpa olunub. Yolda sıxlıq var.

***

Heydər Əliyev prospekti köməkçi yolda hərəkət tam olaraq dayanıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev hafta.az-a bildirib ki, buna səbəb yolda nəqliyyat hadisəsinin baş verməsidir.

BNA rəsmisinin sözlərinə görə, hazırda tıxaca görə bütün ekspress və müntəzəm xətt avtobusları şəhər istiqamətində hərəkət edə bilmir.