Hidayət Türkoğlu FİBA Şöhrət Zalına daxil ediləcək

11:21 11.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Basketbol Federasiyasının prezidenti və Türkiyə milli komandasının keçmiş hücumçusu Hidayət Türkoğlu 2026-cı ildə FIBA Şöhrət Zalına daxil ediləcək.

Hafta.az bildirir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Mərasim 21 apreldə Berlində keçiriləcək. Türkoğluna Syu Börd, Selin Dümerk, Klaris Maşanquana, Ludvik Menta-Mikolayeviç, Dirk Novitski, Van Çjiçji və İsmenia Poşar (ölümündən sonra) qoşulacaq. Türkoğlu FIBA Şöhrət Zalına daxil edilən ilk türk basketbolçusu olur.