Hindistan Ermənistanda birgə silah istehsalı zavodu qurmağa hazırlaşır

12:45 25.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Ermənistanı silahlandırması planlarının yeni detalları üzə çıxıb. Hafta.az bildirir ki, bu barədə Hindistan mediası xəbər verir.

Hindistanın “India Narrative” qəzeti İrəvan və Dehlinin müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək planlarından yazıb.

Nəşrin məlumatına görə, Ermənistan tərəfinə Hindistan silahlarının tədarükü ilə yanaşı, Hindistanın Misirə satmağa hazırlaşdığı silahların istehsalı üçün Ermənistanda birgə bazaların yaradılmasını nəzərdə tutur.

“Hindistan narrative” həmçinin Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” adlandırılan nəqliyyat layihəsinin (Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvan anklavı ilə birləşdirəcək) həyata keçiriləcəyi təqdirdə Hindistan üçün ciddi nəticələrə səbəb olacağına diqqət çəkir.

“Hindistan Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra daha da vacib olan belə bir dəhlizin zorla tətbiq edilməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidir. Bunun üçün hərbi cəhətdən güclü Ermənistan lazımdır”, - nəşr yazır.

Siyasət rubrikasından digər xəbərlər