Yazını böyüt
Yazını kiçilt
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında son 4 gündə daşqınlara və sürüşmələrə səbəb olan leysan yağışlar zamanı azı 73 nəfər həlak olub.
Hafta.az-ın verdiyi məlumata görə, bu barədə NDTV telekanalı bildirib.
Qeyd edilir ki, ştatın yalnız şərq hissəsində son gün ərzində 84,2-dən 102,2 millimetrə qədər yağıntı düşüb. Bu, ilin müvafiq fəsli üçün normadan artıqdır. Leysanlar həmçinin qonşu Bihar, Rajastan və Uttarakhand ştatlarına da zərər vurub.
Sentyabrın 30-a qədər Şimali Hindistanın bəzi ərazilərində bütün məktəblər bağlanılıb. Daşqınlar dəmiryol yollarını batırdığından bir sıra qatarların hərəkəti ləğv edilib.