Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklamasının SƏBƏBİ

15:26 02.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Hindistan bununla Ermənistanın da təşkilata üzvlüyünü əngəlləmiş oldu"

“Hindistan bununla can qardaşı Ermənistanın da təşkilata üzvlüyünü əngəlləmiş oldu. Hər halda, Pakistan da Ermənistanın təklikdə üzvlüyünə imkan verməz”.

Bunu hafta.az-a siyasi ekspert Aydin Quliyev Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü bloklaması ilə bağlı açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü ölkəmizin Pakistanla müttəfiqliyi səbəbindən bloklayıb:


“Belə olacağı gözlənilirdi. Hindistan 1948-ci ildə BMT-nin məlum qərarından sonra islam dünyasına düşmən kəsilib. Pakistana münasibətdə başlamış və sonra bütün müsəlman dünyasına qarşı düşmənçiliyə çevrilmiş bu münasibət getdikcə daha da qatılaşmaqdadır. Düşmənçilik o həddədir ki, 1948-ci ildə müstəqil İsrail dövlətinin yaradılmasının əleyhinə çıxış etmiş Hindistan sonradan mövqeyini tam dəyişərək İsrailin dostu və müsəlman ərəb dünyasının qatı düşməninə çevrildi”.

A.Quliyev hesab edir ki, bu gün Hindistanın Azərbaycanın əleyhinə Ermənistanla sıx dostluğu həm ümummüsəlman düşmənçiliyindən qidalanır, həm də Pakistanla böyük dostluğumuzdan.