Yazını böyüt
Yazını kiçilt
Vaşinqton İsrail və HƏMAS arasındakı münaqişəyə birbaşa müdaxilə edərsə, Hizbullah Amerikanın Yaxın Şərqdəki mövqelərinə hücum etməklə hədələyir.
AFP Hizbullahın bəyanatına istinadən xəbər verir.
Hizbullah sözçüsü ABŞ-ın döyüş gəmilərini İsrail sahillərinə yaxınlaşdırdıqdan sonra verdiyi açıqlamada "Fələstin Ukrayna deyil" deyib.
“ABŞ birbaşa müdaxilə edərsə, ABŞ-ın bölgədəki bütün mövqeləri müqavimət oxunun qanuni hədəfinə çevriləcək və bizim hücumlarımızla üzləşəcək. Və bu gün heç bir qırmızı xətt olmayacaq”, o qeyd edib.