Yazını böyüt
Yazını kiçilt
“Beynəlxalq müstəvidə milli-mədəni maraqların qorunması Humanitar Siyasət Konsepsiyasının hazırlanmasını ortaya qoyur. Bu gün Azərbaycanda uğurlu humanitar siyasət aparılsa da, bu Konsepsiyanın sistemli mexanizm şəklində həyata keçirilməsi dünyada sülhün təşviq olunmasında uğurlu nəticələrə səbəbə ola bilər”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşad Mirbəşir bildirib.
Deputat qeyd edib ki, bu gün dünyada qlobal proseslər müstəvisində mədəni təsir mübarizəsi genişlənir. Qloballaşma əksər hallarda xalqların identikliyinə təsir edir. Kənar mədəniyyətlərin daxil olması ilə təhlükə yaradır.
“Humanitar Siyasət Konsepsiyası ilə milli dəyərlərimizi dünyaya tanıdacaq və qoruyacaqdır”