Jeff Bezos sərvətinin böyük hissəsini bağışlamağa hazırdır

18:51 15.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Jeff Bezos həyatı boyu 124 milyard dollarlıq sərvətinin əsas hissəsini başqasına verməyə hazırdır. Amazon-un qurucusu bunu CNN-ə müsahibəsində deyib və izah edib ki, bu pullar iqlim dəyişikliyi ilə mübarizə və “sosial və siyasi parçalanmalar qarşısında bəşəriyyəti birləşdirə bilən insanlara dəstək” üçün istifadə olunacaq.

Bezosun bəyanatı bədahətən görünüb. CNN jurnalisti sadəcə olaraq belə bir addımın mümkünlüyü ilə bağlı sual verib və Bezos ona müsbət cavab verib. Eyni zamanda, skeptiklər dərhal Bezosun hələ də dünyanın yüzlərlə ən zəngin adamının sərvətlərinin böyük hissəsini xeyriyyə işlərinə bağışlamaq vədi olan Giving Pledge-i imzalamadığını aşkar ediblər. Milyarder aydınlaşdırıb ki, indi o, "bu pulu verə bilmək üçün potensial yaradır".