Kanadada islami xeyriyyə və humanitar təşkilatları sıxışdırılır

11:55 26.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kanadada islamofob motivli islami xeyriyyə və humanitar təşkilatların fəaliyyətinə icazə verilmir.

Hafta.az-ın "Middle East Eye"a istinadən yazdığına görə, Kanada rəhbərliyi İslami yardım təşkilatlarının lazımi şərtləri yerinə yetirmədiklərini iddia edərək fəaliyyətlərini dayandırmasını istəyir. Məsələn, 2017-ci ildə "lazımi şərtləri yerinə yetirmədiyi üçün" Kanadanın İslami Xidmətləri (ISNA) xeyriyyə təşkilatının statusu ləğv edilib və İSNA-nın xeyriyyə təşkilatının 30 gün ərzində fəaliyyətini dayandıracağını açıqlamışdı. Bundan əlavə, Kanadanın ISNA-ya qarşı ittihamları arasında "onun Pakistan silahlı qruplaşmasını maliyyələşdirdiyinə dair iddialar da var". Beləliklə, 2017-ci ilin may ayından etibarən ISNA artıq xeyriyyə təşkilatı kimi fəaliyyət göstərmir.

Xeyriyyə sənayesi ekspertləri iddia edirlər ki, ISNA və Kanadadakı oxşar İslam xeyriyyə təşkilatları uzun illər islamafobiya motivləri ilə ədalətsiz şəkildə hədəfə alınıb və müraciət etmək hüququ yoxdur.

Kanada xeyriyyə təşkilatlarının təftişləri ilə bağlı araşdırmalar göstərib ki, bir çox xeyriyyə təşkilatlarına onları bağlamaq qərarına etiraz etmək üçün vaxt verilib, lakin onlara müraciət üçün eyni imkanlar yaradılmayıb.

Kanadalı müsəlmanlar ölkə rəhbərliyinin onlara qarşı münasibətinin ədalətli olmadığını, İslami və qeyri-islami yardım təşkilatları üçün verilən qərarlarda açıq-aşkar uyğunsuzluğun olduğunu vurğulayırlar.

Siyasət rubrikasından digər xəbərlər