Keanu Rivz “Con Uik 4”də "mütləq öldürülməsini" istəyib

10:00 20.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Con Uik” serialının prodüseri Basil İvanik, Keanu Rivzin serialın baş qəhrəmanının ölməsini istədiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, serialın son filmində Conun Ali Şuraya qarşı müharibəsi Bill Skarsgardın canlandırdığı Markiz de Qramontla dueldə azadlığını əldə etməsi ilə başa çatıb. Sonda sülh içində olan Con yaralarına yenilərək vəfat edir və arvadının yanında dəfn edilir.

“Collider”ə danışan İvanik bildirib ki, Rivz 4-cü filmin finalında Conun ölməsini istəyir, çünki obrazı canlandırmaq onun üçün çox ağırdır. Prodüser həmçinin Rivzin serialdakı rolunun bitməsini istədiyini, lakin geri qayıtmaq qərarına gəldiyi ehtimalına qarşı danışıqlar apardığını əlavə edib.

“İkinci, üçüncü və dördüncü filmdən sonra bu filmləri çəkmək çox yorucudur. Keanunu fiziki və emosional olaraq məhv edir. Nəhayət, “Mən bunu bir daha edə bilmərəm” deyir və biz razılaşırıq. Adam hər şeyi riskə atdığı üçün az qala öz aləminə çəkildi. O, “Mən bu filmin sonunda mütləq öldürülmək istəyirəm” deyib. Biz bu qərara gəldik ki, yüzdə 10 kiçik bir boşluq buraxaq”, - deyib prodüsser.

“Con Uik 4”ün sonu, Rivz rola qayıtmaq istəsə, davamı üçün qapını qismən açıq qoyur.

Con arvadının yanında dəfn olunsa da, Uinstonla Boveri King arasındakı dialoq Conun hələ də sağ ola biləcəyini göstərir. Bu, Conun sonrakı filmlərdə görünməyə davam edə biləcəyini və ya Ballerinadakı kimi spinofflarda qonaq kimi çıxış edə biləcəyini göstərir.

“Con Uik 5 Lionsgate” tərəfindən inkişaf etdirilsə də, onun hekayəsi, Rivz və rejissor Çad Stahelskinin qayıdıb-qayıtmayacağı ilə bağlı qəti bir yeniləmə yoxdur.

Rivz Conun əbədi olaraq ölməsini istəsə də, Stahelski deyir ki, əgər davam filminin hekayəni hara aparacağı ilə bağlı güclü fikri varsa, aktyor “Con Uik 5”ə qayıda bilər. Qısası, bu o deməkdir ki, Rivz gələcəkdə qayıda bilər...

Oxunma sayı 278