Keçmiş məhkumdan 5 kq narkotik götürülüb

12:38 19.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir sakini Bakıda narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi  əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş S.Bağırov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 5 kiloqram 175 qram marixuana götürülüb.