Yazını böyüt
Yazını kiçilt
Monqolustanda casusluqda şübhəli bilinərək ölkənin keçmiş prezidenti Xaltmaaqiyn Battulqanın müşaviri, şairə Xulan Tsoodol saxlanılıb. Bu barədə Monqolustan xəbər portalı News.mn məlumat yayıb.
Nəşr şairənin iki sutkalıq həbsdə olduğunu bildirir. O, “xarici kəşfiyyat orqanı, təşkilatı və ya vətəndaşı ilə qeyri-qanuni əməkdaşlıqda” ittiham oluna bilər. Bunun cəzası 15 ilə qədər həbs, dövlət sirri ilə tanış olanlar isə ömürlük həbs cəzası ala bilərlər. Hansı ölkənin casusluq edə biləcəyi barədə məlumat verilmir.