Yazını böyüt
Yazını kiçilt
Bu dəfə türk dünyasının ürəyi Kərkükdə döyünəcək. Kərkük Türkmən Qardaşlıq Dərnəyi və Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fondu "1-ci Kərkük Türk Dünyası Beynəlxalq Film Festivalı"nın 23-25 aprel tarixləri arasında keçiriləcəyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, festivalın açılışı və protokol çıxışları aprelin 23-də saat 17:00-18:00 arasında olacaq. Daha sonra festival 24-25 aprel tarixlərində saat 17.00-18.00 arasında keçiriləcək.
Kərkük Türkmən Qardaşlıq Mərkəzi öz elanında bütün xalqı qarşıdan gələn festivala dəvət edib.