Yazını böyüt
Yazını kiçilt
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində tikinti materialları olan ərazidə yanğən baş verib.
Hafta.az xəbər verir ki, u bardə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan talvar altına yığılmış tikinti materialları 150 kvadratmetr sahədə və yaxınlıqda dayanmış "Mercedes" markalı minik avtomobilinin salon hissəsi qismən yanıb.
Tikinti materialları və avtomobilin qalan hissəsi, ətraf ərazilər yanğından mühafizə olunub.