Yazını böyüt
Yazını kiçilt
Maliyyə naziri Konstantinos Petridis CBS telekanalına bildirib ki, Kipr hakimiyyəti Rusiya vətəndaşlarının ümumi məbləği 105 milyon avro olan bank əmanətlərini dondurub.
Eyni zamanda o əlavə edib ki, təkcə 2022-ci il ərzində ruslar Kipr banklarında əmanətlərə 5,6 milyard avro yerləşdiriblər.
Həmçinin, nazirin sözlərinə görə, hakimiyyət Avropanın sanksiya siyahılarına daxil edilmiş rusiyalı sahibkarların Kipr vətəndaşlığından məhrum edilməsi prosesinə başlayıb. Ölkənin Maliyyə Nazirliyinin rəhbəri əlavə edib ki, onlarla əlaqəli olduğu iddia edilən şirkətlər "artan diqqət" altındadır.