Yazını böyüt
Yazını kiçilt
Kiyev meri Vitali Kliçko bildirib ki, şəhərin adları Rusiya Federasiyası və Sovet İttifaqı ilə bağlı olan daha 11 küçənin adı dəyişdirilib. Kliçko bu barədə özünün Telegram kanalında məlumat verib.
“Kiyev Şəhər Şurasının deputatları bugünkü iclasda adları Rusiya və sovet keçmişi ilə bağlı olan daha 11 küçənin adını dəyişdiriblər”, - o deyib.
Hərbi pilot-Sovet İttifaqı Qəhrəmanı Nikolay Qastello küçəsinə, Sovet pioner qəhrəmanı Vəli Kotik küçəsinə, rus və sovet hərbi mühəndisi general Dmitri Karbışev küçələrinə yeni adlar verilib.
Kliçkonun sözlərinə görə, artıq Ukrayna paytaxtında 204 şəhər obyektinin adı dəyişdirilib.