Yazını böyüt
Yazını kiçilt
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) 39-cu ildönümü üçün Türkiyənin Mersin şəhərində qeyd olunub.

Hafta.az-ın yazdığına görə, Cümhuriyyət Meydanında qeyd etmə mərasimi keçirilib. Amma tədbir başlayandan az sonra KKTC-nin Mersindəki Baş konsulu Zalihə Mendelinin bayram nitqi söyləyərkən qəfildən vəziyyəti pisləşib. Danışmaqda çətinlik çəkən Mendeli ətrafdakıların köməkliyi ilə tribunadan endirilib. Qısa müddətə huşunu itirən Mendeli dərhal xəstəxanaya aparılıb.