Türkiyənin Konstitusiya Məhkəməsi Yeni Dünya, Dəyişiklik və Demokratiya, eləcə də Yenidən Birləşmə partiyalarının ləğv edilməsi və hüquqi varlıqlarının sona çatması barədə qərar verib.
Hafta.az-ın yazdığına görə, “Rəsmi Qəzet”in bugünkü sayında dərc olunan qərarlara əsasən, Ali Apellyasiya Məhkəməsi Baş Prokurorluğu üç siyasi partiyanın hüquqi varlığına xitam verilməsini tələb edərək, Ali Məhkəmədə iddia qaldırıb.
Baş Prokurorluğun müraciətində bildirilib ki, Yenidən Dünya Partiyası 2016-cı ildə ilk qurultayını keçirsə də, ardıcıl 2 dəfə böyük qurultayını təşkil edə bilməyib, Dəyişiklik və Demokratiya Partiyası ilə Yenidən Birləşmə Partiyası isə ümumiyyətlə ilk böyük qurultayını vaxtında keçirə, həm də məcburi partiya orqanlarını formalaşdıra bilməyib.
Müraciətlərə ayrı-ayrılıqda baxan Konstitusiya Məhkəməsi, 4721 saylı Türk Mülki Məcəlləsinin 87-ci maddəsinə əsasən hər üç partiyanın dağılmış hesab edildiyinə qərar verib.
Adıçəkilən partiyaların əmlakı “Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq xəzinəyə köçürülüb.