Yazını böyüt
Yazını kiçilt
Bütün ölkələrin birgə səyləri ilə belə yeni növ koronavirusu tam məhv etmək mümkün olmayacaq.
Bu fikri ABŞ-ın Allergiya və İnfeksiya Xəstəlikləri Milli İnstitutunun direktoru Entoni Fauçi səsləndirib.
O, virusun tam yoxa çıxması ehtimalının az olduğunu vurğulayıb: “Bununla belə, virusa qarşı qlobal mübarizə vacibdir. Əgər dünya səviyyəsində nəzarət ələ alınmasa, koronarivus mövsümi xarakter daşıya bilər”.