Yazını böyüt
Yazını kiçilt
Avqustun 15-dən bəri ilk dəfə olaraq dolların dəyəri 0,93 faiz artaraq 98,8 rubl təşkil edib. Avronun məzənnəsi 0,74 faiz artaraq 104,1 rubl, yuanınkı isə 0,46 faiz artaraq 13,5 rubl olub.
Hafta.az-ın yazdığına görə, “Sberbank”ın prezidenti German Qref bildirib ki, rublun məzənnəsini sabitləşdirmək üçün görülən tədbirlər hələlik yetərli deyil, lakin hakimiyyət orqanları artıq yeni alətlər üzərində işləyirlər.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilin sonuna kimi rublun dollar qarşısında zəif qalacağını və bir dolların 94 rubl civarında ticarət edəcəyini proqnozlaşdırır.