Kremldən İran və ABŞ-a ÇAĞIRIŞ

14:19 29.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kreml İran və ABŞ-ı təmkinli olmağa və güc tətbiqindən imtina etməyə çağırır.

Hafta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:

"Danışıqlar üçün potensialın tükənmədiyi aydındır. Biz ilk növbədə danışıqlar mexanizmlərinə diqqət yetirməliyik. Məcburi tədbirlər yalnız xaos yaradacaq".